понедельник, 16 марта 2015 г.

Rəmzlərimiz.

Müəllim  bizə -  III sinif şagirdlərinə   "Azərbaycan-Yurdum mənim" adlı  layihə işləməyi tapşırdı.Bizim  bu layihəmiz dövlət rəmzlərimizi tanıtmaq məqsədi daşıyır.

Dövlətimizin adı Azərbaycan Respublikasıdır. Dövlətin bayrağı, gerbi və himni onun rəmzləridir. Dövlət öz-özünə yaranmır. Onu yaratmaq üçün  bəzən uzun illərmübarizə aparmaq lazım gəlir. Azərbaycan Respublikası müstəqil dövlətdir .
                                                                                                                                                               
  Azərbaycan Respublikasının müstəqillik rəmzi olan üç rəngli, ay-ulduzlu bayraq 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir .
Bayrağımızın  rənglərinin də mənaları var.  Bayraqdakı mavi rəng türkçülüyü,  qırmızı müasirliyi,  yaşıl islam ideologiyasını ifadə edir.

 1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.

. Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır. Dövlət gerbinin qabarıq təsviri:Azərbaycan Respublikası Prezidentinin iqamətgahına və xidməti kabinetinə; Azərbaycan Respublikası parlamentinin binasına,  hərbi tribunallarının binalarına vurulur.
Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir.