Müəllim bizə - III sinif şagirdlərinə "Azərbaycan-Yurdum mənim" adlı layihə işləməyi tapşırdı.Bizim bu layihəmiz dövlət rəmzlərimizi tanıtmaq məqsədi daşıyır.
Azərbaycan Respublikasının müstəqillik rəmzi olan üç rəngli, ay-ulduzlu bayraq 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir .
Bayrağımızın rənglərinin də mənaları var. Bayraqdakı mavi rəng
türkçülüyü, qırmızı müasirliyi, yaşıl islam ideologiyasını ifadə edir.
1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının
Dövlət himni haqqında"
Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.
. Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir. Dövlət gerbi palıd
budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının
Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır. Dövlət gerbinin qabarıq təsviri:Azərbaycan Respublikası Prezidentinin iqamətgahına və xidməti kabinetinə; Azərbaycan Respublikası parlamentinin binasına, hərbi tribunallarının
binalarına vurulur.
Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir.
Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir.

.jpg)
.jpg)
.jpg)
Eziz həmkarlar reylerinizi gözleyirik
ОтветитьУдалить